Dərc edilib: 30-06-2024

https://www.nuh.az/37517-.html

BENZİN BAHALAŞDI

30.06.2024 20:57:18

LIVE

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə “Qafqazinfo”ya Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək

NUH informasiya agentliyi səhifəsindən çap edilib