Dərc edilib: 01-07-2024

https://www.nuh.az/37524-.html

Natiq Cəfərli qərarını verdi - Bu dairədən namizəd olacaq

01.07.2024 12:23:09

LIVE

Tanınmış iqtisadçı, ReAL Partiyasının icra katibi Natiq Cəfərli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Yenisabah.az xəbər verir ki, N.Cəfərli bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb. İqtisadçı 33 saylı Xətai seçki dairəsindən mübarizəyə qoşulacağını bildirib. 

N.Cəfərli seçki qərargahının artıq fəaliyyətə başladığını bildirərək, tərəfdarlarını kampaniyaya dəstək verməyə çağırıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib