Dərc edilib: 05-07-2024

https://www.nuh.az/37571-.html

Bu kolleclərə direktorlar təyin olundu - Foto

05.07.2024 18:53:31

LIVE

Kolleclərə yeni direktorlar təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Ş.Laçınov 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısıdır. O bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

D.Davudov 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyət göstərib. 

S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib