Dərc edilib: 07-07-2024

https://www.nuh.az/37595-.html

Dünən gecə əməliyyat zamanı hücuma məruz qalan polis kapitanı vəfat etdi

07.07.2024 11:07:17

LIVE

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.

Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Musavat.com qətlə yetirilən polisin fotosunu təqdim edir:

NUH informasiya agentliyi səhifəsindən çap edilib