Dərc edilib: 07-07-2024

https://www.nuh.az/37601-.html

Fidel Kastronun ilk həyat yoldaşı vəfat edib

07.07.2024 13:48:32

LIVE

Kubanın sabiq lideri Fidel Kastronun ilk həyat yoldaşı Mirta Dias-Ballart 95 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov X hesabında paylaşım edib.

Qeyd edək ki, Dias-Ballart 1948-ci ildə Fidel Kastro ilə ailə qurub, 1 il sonra oğulları Fidel dünyaya gəlib. 1955-ci ildə Kubada növbəti uğursuz inqilab cəhdindən sonra cütlüyün yolları ayrılıb. Daha sonra Dias-Ballart İspaniyaya köçüb və ömrünün sonuna qədər bu ölkədə yaşayıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib