Dərc edilib: 14-07-2024

https://www.nuh.az/37714-.html

Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür

14.07.2024 11:36:43

LIVE

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Onların şəhidliyi xalqımızın vətənpərvərlik duyğularının oyanmasında yeni bir dalğaya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər.
Tovuz döyüşləri, həmin döyüşlərdə bu iki yüksəkrütbəli hərbçinin şəhidlik zirvəsinə yüksəlməsi uzun illərdən bəri erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın azadlığı yolunda çox mühüm və həlledici amillərdən birinə çevrildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib