Dərc edilib: 14-07-2024

https://www.nuh.az/37719-.html

DİN və DSX-dən birgə əməliyyat

14.07.2024 13:55:07

LIVE

“Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb”.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
“Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır”, - məlumatda qeyd olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib