Yenə Azərbaycanı hədəfə aldı - Açıqlaması separatçıları sevindirdi
İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Azərbaycana qarşı erməni separatçılarına qahmar çıxıb.
Teleqraf.com xəbər verir ki, səfir "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində "ermənilərin Qarabağa qayıdışı" məsələsini gündəmə gətirib
Sübhaninin xoşagəlməz niyyətlə dolu açıqlaması separatçıları bir xeyli ümidləndirib.
İranlı diplomatın açıqlamasından vəcdə gələnlərdən biri də politoloq Vardan Voskanyandır.
Azərbaycana qarşı xüsusi nifrəti ilə seçilən Voskanyan sosial media hesabında Sübhaninin bu təxribatçı fikrinə diqqət çəkib:
“Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. O məsələ yara kimidir və o yara sağalmalıdır”.
Voskanyan İranın dini lideri Əli Xameneyinin də vaxtilə bu barədə açıqlama verdiyini xatırladıb:
Son dərəcə vacibdir ki, indi Qarabağ ermənilərinin qayıtması və təhlükəsizliyin təmin edilməsi məsələsini irəli sürən İrandır".
Voskanyanın fikrincə, Tehranın bu fikirdə olması təsadüfi deyil, çünki İran Ermənistanın müttəfiqidir:
"Şübhə yoxdur ki, bizim İranda güclü müttəfiqimiz var ki, bu da bu məsələni aktiv şəkildə təbliğ etmək üçün əlavə imkan yaradır”.