Dərc edilib: 15-07-2024

https://www.nuh.az/37745-.html

Daşkəsənin yeni icra başçısı kimdir?

15.07.2024 22:03:15

LIVE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəllər Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Orxan Abbasov bu təyinatadək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində işləyib. O bu vəzifəyə 2023-cü ilin oktaybrında təyin olunub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib