Dərc edilib: 24-07-2024

https://www.nuh.az/37761-.html

Rusiya müdafiə nazirinin müavinini 1 MILYON RUBL ( 19 MIN AZN ) rüşvətə görə 15 İL HƏBS gözləyir )))

24.07.2024 09:42:42

LIVE

Rusiya müdafiə naziri Sergey Şoyqunun keçmiş müavini Timur İvanov bildirib ki, onun işində külli miqdarda rüşvət alması ilə bağlı heç bir sübut yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” iş materiallarına istinadən məlumat yayıb.

Materiallara görə, İvanov əməllərində cinayətin olmadığını deyib və bunu “vətəndaş münasibətlərinin nəticəsi” adlandırıb.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında isə həbs müddəti 3 ay daha uzadılıb.

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib