Aybəniz İlqarın həbs ediləcəyi xəbərləri yayılıb
Redaksiyamıza Fransada mühacirət həyatı yaşayan siyasi fəal və jurnalist Aybəniz İlqarın ölkəyə dönər-dönməz həbs ediləcəyi ilə bağlı məlumatlar daxil olub.
Səbəb kimi Aybəniz xanımın Fransada Azərbaycan dövləti əleyhinə çıxışları və erməni təşkilatları ilə sıx əməkdaşlığı qeyd olunur. Qeyd edək ki, Facebook sosial şəbəkəsində Aybəniz İlqar kəskin müxalif çıxışları ilə də diqqət mərkəzində olan ciddi siyasi fəaldır.