Dərc edilib: 28-07-2024

https://www.nuh.az/37820-.html

Pezeşkiandan İLK TƏYİNAT

28.07.2024 17:16:05

LIVE

İranın yeni prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefi birinci vitse-prezident təyin edib.

Yenisabah.az xəbər verir ki, Aref dövlət xadimi, siyasətçi və akademikdir.

O, 2001-ci ildən 2005-ci ilə qədər prezident Xatəminin birinci vitse-prezident vəzifəsində çalışıb. Bundan başqa, texnologiya naziri vəzifəsini tutub.

Hazırda Mədəni İnqilab Ali Şurasının və Məqsəd Şurasının üzvüdür. Təhsili ilə o, elektrik mühəndisi, Tehran Universitetində və Şərif Texnologiya Universitetində professordur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib