Dərc edilib: 31-07-2024

https://www.nuh.az/37844-.html

4 hərbçimiz Laçında HƏLAK OLDU

31.07.2024 14:26:01

LIVE

İyulun 30-u Laçında 4 hərbçimiz həlak olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib