Dərc edilib: 31-07-2024

https://www.nuh.az/37848-.html

SON DƏQİQƏ! Mahmud Abbas Türkiyəyə gəlir

31.07.2024 19:54:33

LIVE

Fələstin prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun bildirib.

"Fələstin prezidenti cənab Mahmud Abbas avqustun 14-15-də ölkəmizə səfər edəcək. 14 avqustda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, 15 avqustda isə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək", - deyə Altun sosial media hesabında qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib