Dərc edilib: 06-08-2024

https://www.nuh.az/37904-.html

Daha bir deputat geri çəkildi: Namizəd olmayacaq

06.08.2024 11:36:03

LIVE

VI çağırış Milli Məclisin bitərəf deputatı İltizam Yusifov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi məlumat verib. 

Qeyd edək ki, İltizam Yusifov 2020-ci ildə keçirilən parlament seçkilərində 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib. 

O, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib