Dərc edilib: 09-08-2024

https://www.nuh.az/37930-.html

Ermənistan DİN Qarabağı könüllü tərk etmiş ermənilərə çağırış etdi

09.08.2024 20:52:29

LIVE

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.

 

APA xəbər verir ki, bu barədə "Sputnik-Armenia” məlumat yayıb.

 

Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.

 

Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib