Dərc edilib: 12-08-2024

https://www.nuh.az/37945-.html

Deputat olmaq istəyən icra başçısının rəqibləri görün kimlərdir... - FOTO

12.08.2024 21:41:43

LIVE

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. 125 dairədə 1000-dən artıq namizəd deputat mandatı uğrunda mübarizəyə qoşulacaq. 

Yenisabah.az xəbər verir ki, millət vəkili olmaq istəyən şəxslərin arasında Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da var. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb və qeydə alınıb. Bu dairədə Asif Əsgərovla yanaşı, daha 6 nəfər deputat mandatı uğrunda mübarizə aparır. İcra başçısının rəqiblərinin kimliyi maraq doğurur. 

“Yeni Sabah” həmin dairədə namizədliyi qeydə alınmış şəxslərlə bağlı araşdırma aparıb. Məlum olub ki, icra başçısının 6 rəqibindən 5-i öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 nəfərin - İlqar İbrahimovun namizədliyi isə Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Maraqlı məqam isə odur ki, Asif Əsgərovun rəqiblərindən heç biri işləmir. Onlardan 1-i pensiyaçı, 5-i isə işsizdir.  

Qeyd edək ki, keçirilən onlayn sorğuda Asif Əsgərov rəqiblərini böyük fərqlə üstələyir. O, 112 saylı Zaqatala seçki dairəsinin favoriti sayılır. 

Nazim Hacıyev 


Telegram kanalımız

NUH informasiya agentliyi səhifəsindən çap edilib