86 yaşlı müsavatçı deputatlığa namizədin ..
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa ən yaşlı namizədi Oqtay Zeynəlovun həyat yoldaşı vəfat edib.
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının 38 saylı Gəncə Birinci seçki dairəsindən namizədi Oqtay Zeynalov özü bildirib.
"Yoldaşım dünyasını dəyişib. Ölümünə səbəb şəkər xəstəliyi olub. 5-ci gün yeddi mərasimi olacaq. Sankt-Peterburqdan bir nəvəm gəlib, qızım və oğlum Özbəkistanda gəlib. Baş qarışıb, mənsəb itib. Neçə gündür təbliğat işi tamam yaddan çıxıb. Həyat yoldaşım vəfat etməmişdən təxminən 1 həftə əvvəl imzaları toplayıb verə bildik. Yoldaşımın vəfatı həmin dövrə təsadüf etsəydi, nəsə edə bilməyəcəkdim",- o deyib.
Yenisabah.az bildirir ki, Oqtay Zeynalov 1938-ci ildə anadan olub. Onun 86 yaşı var.