Dərc edilib: 28-08-2024

https://www.nuh.az/38057-.html

Naxçıvan istiqamətində mövqelərimiz atəşə TUTULDU

28.08.2024 10:48:40

LIVE

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib