Dərc edilib: 28-08-2024

https://www.nuh.az/38066-.html

Seçkidən sonra Adil Əliyev BAKININ MERİ olacaq

28.08.2024 21:09:31

Cəmiyyət

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra ciddi  kadr  dəyişikliklərinin olacağı bildirilir.


Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsi ilə vidalaşacağı ehtimal  edilir. Bəs bu mühüm  vəzifədə  onu kim əvəz edə bilər, real  namizəd  kimdir ?

NUH.az-a  daxil olan məlumata görə, Milli Məclisin sabiq sədr müavini ( 2020-2024), hazırda  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı ( 2024-cü ildən ) Adil  Əliyev Bakı ŞİH-nin başçısı təyin olunacaq.

Məlumdur ki, Adil  Əliyev indiki hakimiyyətin ən etibarlı və bacarıqlı kadrlarından biridir. Eyni zamanda Adil  Əliyev millətə və dövlətə bağlı ictimai-siyasi xadimdir.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib