Dərc edilib: 31-08-2024

https://www.nuh.az/38079-.html

Seçkinin İLKİN nəticəsi nə vaxt açıqlanacaq?

31.08.2024 16:34:25

LIVE

“125 deputat mandatı uğrunda 990 nəfər deputatlığa namizəd mübarizə aparacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

 
O bildirib ki, ilkin nəticə rəsmi deyil: “Biz səsvermə günü kimə lider namizəd demək olarsa, bununla əlaqədar ilkin nəticədə onları açıqlayacağıq. Protokollar 2 günə MSK-ya çatdırılacaq. 2 gün sonra biz, Məcəllənin tələbinə uyğun olaraq, protokollar əsasında ilkin nəticəni açıqlayacağıq. Bizə 20 gün maksimum müddət verilir. Sonra nəticəni Konstitusiya Məhkəməsinə göndərəcəyik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib