Dərc edilib: 01-09-2024

https://www.nuh.az/38086-.html

Bu gün Azərbaycanda səsvermə günüdür

01.09.2024 11:11:14

LIVE

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür.

Qaynarinfo xəbər verir ki, seçkilər ölkə ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində keçiriləcək.
 
Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib