Dərc edilib: 03-09-2024

https://www.nuh.az/38117-.html

Mingəçevir Xəstəxanasına yeni direktor təyin olundu

03.09.2024 22:30:50

LIVE

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib