Dərc edilib: 04-09-2024

https://www.nuh.az/38123-.html

Misir prezidenti ilk dəfə Türkiyəyə gedir

04.09.2024 12:24:45

LIVE

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək.

Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib