Dərc edilib: 07-09-2024

https://www.nuh.az/38177-.html

Lamiyə Vəliyeva növbəti medalını qazandı

07.09.2024 20:14:25

LIVE

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Yeniavaz.com 
xəbər verir ki, o, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.
Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib