Dərc edilib: 08-09-2024

https://www.nuh.az/38202-.html

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

08.09.2024 12:33:09

LIVE

Ağstafada bədbəxt hadisə baş verib.

 

NUH.az   APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib