Ərdoğan işi nəzarətə götürdü...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanlın birbaşa nəzarətində saxladığı cinayət işi ilə bağlı saxlanılanların sayı artıb. Söhbət Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqından gedir.
Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.
SAVASH.MEDİA Türkiyə mediasına istinadla xəbər verir ki, artıq həmin cinayət işi ilə bağlı tutulanların sayı 21-nəfərə çatıb. Saxlanılanlar arasında isə şok adlar var. Belə ki, polis Narin Güranı anası Yüksel Güran, atası Arif Güran və qardaşını da saxlayıb.
Məlumat üçün bildirək ki, bundan öncə isə hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.
Türkiyə Prezident Administrasiyasından isə bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir.