Dərc edilib: 09-09-2024

https://www.nuh.az/38255-.html

Kişi hamamda gizli kamera qurdu, qadın kirayəçilər təsadüfən tapdılar-FOTO

09.09.2024 19:18:19

LIVE

Kişi hamamda gizli kamera qurdu, qadın kirayəçilər təsadüfən tapdılar-FOTO

Moskvada ev sahibi qadın kirayənişinlərini izləmək üçün mənzilində müşahidə kameraları quraşdırıb.

Azpost.info bildirir ki, evdə qalan qadınlar bunun üzə çıxarıblar.

Kişi hamamda, tualetdə və yataq otaqlarında quraşdırdığı gizli kameralarla onlara baxırmış.

SHOT-un məlumatına görə, 31 yaşlı qız rəfiqəsi ilə3 otaqlı mənzil kirayələyib. Üçüncü otaqda 46 yaşlı ev sahibi Sergey özü yaşayıb. Bir gün qızlardan biri tavandan çıxan qəribə şnurların fərqinə varıb. Və sonra – tualetdə, yataq otağında, vanna otağında video kameraların quraşdırıldığı üzə çıxıb.  Bütün bu müddət ərzində izlənildiyini anlayan qadın polisə müraciət edib.

Polis altı müşahidə kamerası, bir sistem bloku və bir televizoru aşkar edib. Saxlanılan ev sahibi hər şeyi etiraf edib: Görüntülər birbaşa onun kompüterinə və telefonuna göndərilibmiş.

Məlum olub ki, həmin şəxs internet üzərində köhnə pa-paltar və avadanlıq satışı ilə məşğul olub.

Kirayəçilərini gizli kameralar vasitəsilə izləyən 46 yaşlı moskvalı Sergeyi 4 ilə qədər həbs cəzası gözləyə bilər.

Qızlar təxminən 6 aya yaxın onun mənzilində yaşayıblar və əvvəllər ev sahibindən heç bir qəribə davranış müşahidə etməyiblər. İndi qızların hər ikisi şokdadır,  yeni mənzil axtarırlar.

Sergey saxlanılıb. Ona qarşı “Şəxsi həyatın toxunulmazlığının pozulması” və “Məlumat əldə etmək üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin qanunsuz dövriyyəsi” maddələri ilə cinayət işinin başlanması məsələsi həll edilir.

Qonşular deyir ki, Sergey həmişə sakit adam olub. Əvvəllər o, valideynləri ilə yaşayıb. Onların ölümündən sonra üç otaqdan ikisini kirayə verməyə başlayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib