Dərc edilib: 09-09-2024

https://www.nuh.az/38257-.html

Tələbə 7-ci mərtəbədən yıxılıb öldü

09.09.2024 20:39:22

LIVE

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.


NUH.az    APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

F. İsmayılov universitet tələbəsi olub.

Fakt araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib