Dərc edilib: 10-09-2024

https://www.nuh.az/38267-.html

Azərbaycanda 4 universitetdə YENİLİK - Təsdiqləndi

10.09.2024 10:58:48

LIVE

Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib