Dərc edilib: 10-09-2024

https://www.nuh.az/38268-.html

Rusiyaya kütləvi PUA hücumu ilə bağlı SON DƏQİQƏ MƏLUMATI - RƏSMİ

10.09.2024 11:04:33

LIVE

Xəbər verdiyimiz kimi, Rusiya ərazisi kütləvi PUA hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 144 pilotsuz təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 72 PUA Bryansk vilayəti, 20-si Moskva, 14-ü Kursk, 13-ü Tula, 8-i Belqorod, 7-si Kaluqa, 5-i Voronej, 4-ü Lipetsk, biri isə Oryol vilayəti üzərində vurulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib