Dərc edilib: 10-09-2024

https://www.nuh.az/38282-.html

Sabah SON GÜNDÜR - MSK sədri açıqladı

10.09.2024 20:00:04

LIVE

“Dairə seçki komissiyalarının qərarları barədə şikayətlərə baxılmasının müddəti sentyabrın 11-də bitəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“MSK-da 5 şikayət araşdırılır. Sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq”, - deyə MSK sədri qeyd edib.

Sədr əlavə edib ki, ATƏT-in müşahidə missiyasının Azərbaycanda fəaliyyəti artıq başa çatıb:

“ATƏT-in müşahidəçiləri ilə görüş keçirilib və bildirilib ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib