Dərc edilib: 11-09-2024

https://www.nuh.az/38291-.html

Sumqayıtda 21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb ANASI İMİŞ

11.09.2024 00:08:46

LIVE

Sumqayıtda 21 yaşlı tələbənin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Fuad İsmayılovun canına qəsd etməsinə səbəb anası ilə aralarında baş vermiş mübahisə olub.

Belə ki, şəhər məktəblərinin birində müəllim işləyən anası ilə aralarındakı davadan sonra F. İsmayılov özünü yaşadıqları binanın pəncərəsindən atıb.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.

Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

O, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib