Dərc edilib: 11-09-2024

https://www.nuh.az/38292-.html

Millimiz Serbiyaya məğlub oldu

11.09.2024 00:18:20

LIVE

Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.

 

Qaynarinfo xəbər verir ki, "Dalğa Arena"da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu - altıncı pillədə qərarlaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib