Dərc edilib: 13-09-2024

https://www.nuh.az/38345-.html

Putin İradə Zeynalovanı səfir təyin etdi

13.09.2024 16:22:36

LIVE

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli jurnalist İradə Zeynalovanı səfir təyin edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putin bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, İ.Zeynalova Rusiyanın Mavrikidə səfiri təyin edilib.

O bu vəzifədə Konstantin Klimovskiyi əvəz edəcək.

Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. O, cari ilin may ayında akademiyadan məzun olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib