Dərc edilib: 14-09-2024

https://www.nuh.az/38361-.html

Fatma Səttarova 102 yaşında vəfat etdi

14.09.2024 11:33:06

LIVE

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, "İstiqlal” ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.
O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib