Türkiyədə altımərtəbəli xəstəxana yerlə bir oldu
Türkiyədə episentri Kahramanmaraş olan dəhşətli zəlzələlərdən sonra Hatay şəhərində ciddi zərər görmüş altımərtəbəli xəstəxana uçurdulub.
Oxu.Az-ın verdiyi məlumata görə, İHA bununla bağlı görüntüləri paylaşıb.
Bildirilir ki, Təhsil və Tədqiqat Xəstəxanası 2017-ci ildən istifadəyə verilmişdi. Lakin zəlzələdə bərpaolunmaz hala gələn tibbi müəssisəsinin nəzarətli dağıdılması qərarına gəlinib.
Məlumata görə, söküntü işləri zamanı heç bir mənfi hadisə baş verməyib