Dərc edilib: 17-09-2024

https://www.nuh.az/38420-.html

Sabah Mingəçevir şəhərində SU OLMAYACAQ

17.09.2024 11:30:48

LIVE

Sentyabrın 18-də Mingəçevir şəhəri üzrə suyun verilməsində qismən fasilələr yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Buna səbəb isə 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarının yuyulması və dezinfeksiyası işlərinin aparılmasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib