Dərc edilib: 17-09-2024

https://www.nuh.az/38425-.html

Bakıda -Yüksək səsli MUSİQİYƏ görə HƏBS OLUNDU

17.09.2024 15:21:17

LIVE

Abşeronda bina evində yüksək səslə musiqi dinləyən şəxs qonşuların şikayəti əsasında saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1980-cı ildə Rusiyanın Krasnoyarsk şəhərində anadan olmuş, ali təhsilli M.H. evinə içkili gəlib. 
Qəbul etdiyi spirtli içkinin təsirindən musiqinin səsini artıraraq, evdə səs-küy yaradıb. Qonşularının iradına isə təhqirlə cavab verib. 
 
Təqsirləndirilən şəxs qonşuların şikayəti əsasında polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. İş baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə M.H. 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, M.H. barəsində daha əvvəl də iki dəfə eyni səbəbdən şikayət olub. O, bir halda 70, ikincidə isə 100 manat cərimə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib