Dərc edilib: 17-09-2024

https://www.nuh.az/38427-.html

Ermənistanda məktəblərdə RUS DİLİ deyil, FRANSIZ DİLİ ÖYRƏDİLƏCƏK- QƏRAR

17.09.2024 15:50:20

LIVE

Ermənistanda 19 məktəbdə fransız dilinin dərindən öyrənilməsi tətbiq olunacaq.


Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı sazişi bu gün Ermənistanın təhsil naziri Janna Andreasyan və Fransa səfiri Olivye Dekotini imzalayıblar.

Qeyd olunub ki, Fransız dilinin dərindən öyrənilməsi rus dilinə qoyulan məhdudiyyətlər fonunda baş verir.

Məlumata görə, Ermənistanda məktəb proqramında rus dilinin statusu dəyişib. Belə ki, indi məktəblər bu fənnin öyrənilməsinə neçə saat ayrılacağını seçmək hüququna malikdirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib