Dərc edilib: 17-09-2024

https://www.nuh.az/38432-.html

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verildi

17.09.2024 21:44:11

LIVE

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib.

 

Qaynarinfo xəbər verir ki, mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.

 

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Xalqlar Dostluğu” ordeni, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov isə diplomla təltif edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib