Dərc edilib: 22-09-2024

https://www.nuh.az/38504-.html

26 barmağı olan qız uşağı doğuldu - FOTO

22.09.2024 13:12:52

LIVE

 

"Körpənin valideynləri xoşbəxtlikdən göyün yeddinci qatındadır..."
Hindistanda əlləri və ayaqlarında ümumilikdə 26 barmağı olan qız uşağı doğulub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
 
Körpə hər əlində yeddi və hər ayağında altı barmağı ilə öyünə bilər. Yerli sakinlər, o cümlədən onun məmnun valideynləri həkimlərin izahatına məhəl qoymadan "İlahi doğuşun möcüzəsini" bayram edir.
 
"Sənin 26 barmağının olması zərərli deyil, lakin bu, genetik anomaliyadır. Amma ümumilikdə qız tamamilə sağlamdır", - bunu körpənin doğulduğu xəstəxananın həkimi Soni deyib.
"Great Ormond Steet Hospital" xəstəxanasının məlumatına görə, belə anomaliyaya nadir hallarda rast gəlinir və polidaktiliya adlanır. 
 
Həkimlər qeyd edir ki, əgər valideynlərin birinin əli və ya ayağında əlavə barmağı varsa, belə anomaliyanın övladlarında da olması ehtimalı 50 faizdir.
 
Körpənin əmisi mətbuata deyib ki, bütün ailə, o cümlədən 25 yaşlı anası Sarca Devi və polisdə xidmət edən atası Hopal Bhattaçarya "xöşbəxtlikdən göyün yeddinci qatındadır".
Ailə yeni doğulan körpənin barmaqlarının sayının cərrahi üsulla azaltmağı planlaşdırdığını açıqlamır.
 
Xatırladaq ki, Ukraynanın Lvov şəhərindəki "Oxmatdet" uşaq xəstəxanasının həkimləri genetik anomaliyası olan körpə pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat aparıb. Buna səbəb doğulan körpə oğlan uşağının dilinin normadan beş dəfə uzun olmasıdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib