Dərc edilib: 22-09-2024

https://www.nuh.az/38506-.html

Allahşükür Paşazdə Moskvada mühüm görüşlər keçirir

22.09.2024 14:18:40

LIVE

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

QMİ-nin rəhbəri Azərbaycanda dövlət-din münasibətlərindən danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısını vurğulayıb.

A.Paşazadə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, dini məbədlərin yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesi barədə məlumat verib. Bundan başqa, QMİ sədri ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən söhbət açıb.

Görüş zamanı şeyxülislam diaspor nümayəndələrini maraqlandıran suallara cavab verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib