Dərc edilib: 23-09-2024

https://www.nuh.az/38527-.html

Qazaxıstanın müdafiə naziri Azərbaycana gəldi

23.09.2024 21:48:53

LIVE

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib