Dərc edilib: 24-09-2024

https://www.nuh.az/38533-.html

Pezeşkiandan ABŞ-da ŞOK AÇIQLAMA - İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib

24.09.2024 11:44:12

LIVE

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Rusiyaya ballistik raketlərin verilməsini təkzib edib.

O deyib ki, İran Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir. O, həmçinin müharibə məsələlərində Qərblə danışıqlara hazır olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, o, 2024-cü il iyulun 30-da vəzifəyə başladıqdan sonra Rusiyaya heç bir raket tədarükü olmayıb.

Pezeşkianın bu açıqlaması Rusiya-İran münasibətləri konteksindən yanaşsaq, sensasion açıqlama hesab oluna bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib