Dərc edilib: 07-10-2024

https://www.nuh.az/38664-.html

Göygöldə ƏQRƏB MÜƏLLİMİ ÖLDÜRDÜ

07.10.2024 13:47:10

LIVE

Göygöldə əqrəb sancmasına tuş gəlmiş müəllim ölüb.


NUH.az   unikal-a istinadla xəbər verir ki, hadisə Aşıqlı kənd sakinində baş verib.

1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb. 2 gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müəlicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində gənclərin hərbi hazırlığı fənnindən dərs deyirmiş.

NUH informasiya agentliyi səhifəsindən çap edilib