Dərc edilib: 13-10-2024

https://www.nuh.az/38776-.html

Qərb Rusiya ilə bağlı bizə göstəriş verməsin - Japarov

13.10.2024 12:07:29

LIVE

Qərb ölkələri Rusiya ilə əməkdaşlıqdan söhbət gedəndə Moskvanın tərəfdaşlarına heç bir göstəriş verməməlidir.

Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Bu, əlbəttə ki, yanlışdır. Niyə? NATO və ya Avropa Birliyinin üzvü olan Avropa ölkələri var ki, onlar da Rusiya ilə əməkdaşlıq edirlər. Amma bunu bizə deməməli, Rusiya və ya MDB ilə əməkdaşlıq etməməyimizi istəməməlidirlər. MDB keçmiş SSRİ-nin üzvüdür və biz, əksinə, hamı ilə əməkdaşlıq etməliyik”, - Japarov bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib