Dərc edilib: 13-10-2024

https://www.nuh.az/38780-.html

Ermənistanda hansı ərazilərin Azərbaycana qaytarılmasına hazırlıq gedir? - Tezliklə...

13.10.2024 12:53:57

LIVE

"Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır".
 
Bu barədə Ermənistanda "Henaket" analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib.
 
V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.
 
O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır.
 
"Bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar", - erməni ekspert deyib. (Publika.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib