Dərc edilib: 15-10-2024

https://www.nuh.az/38821-.html

Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı

15.10.2024 12:28:39

LIVE

Gədəbəydə vəzifəli şəxs qız qaçırıb.

Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb.

Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb.

Məlumata görə, qaçırılan şəxs rayonda müəllim kimi çalışırmış və öz razılığı olmadan hadisə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir./Milli.Az/

NUH informasiya agentliyi səhifəsindən çap edilib