Dərc edilib: 21-10-2024

https://www.nuh.az/38902-.html

İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi

21.10.2024 19:10:16

LIVE

İsrail İrana casusluq etməkdə şübhəli bilinən 7 vətəndaşını həbs edib.

“Qafqazinfo” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb. 

 
Sözügedən şəxslərin İsrail ərazisində yerləşən vacib təhlükəsizlik obyektləri və strateji hədəflər barədə məlumat topladığı bildirilib.

Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycanəsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib. 

Təqsirləndirilən şəxslərin İran üçün təxminən 600 tapşırıq yerinə yetirdikləri vurğulanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib